Accessibility links

Avropada uçuşlar bərpa olunur


Təyyarələr hazırda Paris, Madrid, Amsterdam və Frankfurtdan havaya qalxır

İslandiyada püskürməkdə olan vulkandan qaynaqlanan kül dumanı səbəbilə yaşanmış 5 günlük fasilədən sonra bu gün Avropada bəzi hava uçuşları bərpa olunub. Avropada hava nəqliyyatına nəzarət agentliyi Avrokontrol bildirir ki, Avropadan uçuşların ən azı 50 faizinin bu gün bərpa olunacağı gözlənilir. Təyyarələr hazırda Paris, Madrid, Amsterdam və Frankfurtdan havaya qalxır. Ancaq Böyük Britaniyada uçuşlar hələ də bərpa olunmayıb. Buna səbəb yeni kül dumanının ölkəyə doğru istiqamət almasıdır. Böyük Britaniya Milli Hava Nəqliyyatı Xidmətinin dünən verdiyi məlumata görə, vulkanın püskürməsi güclənib.

XS
SM
MD
LG