Accessibility links

Dünyanın ən iri atom toqquşdurucusunda alimlər subatom zərrəciyi aşkar etdiklərini deyirlər.

Avropa Nüvə Araşdırmaları Mərkəzində çalışan iki müstəqil heyət nəzəri Higgs boson zərrəciyini müşahidə etdiklərini deyirlər. Buna bəziləri “Allah zərrəciyi” də deyir.

Bu zərrəcik Higgs sahəsi yaradır. Gözəgörünməz enerji bütün atom zərrəciklərinə kütlə verir ki, bu, da kainatda bütün maddələrin bir-biri ilə təmaslarında həlledici rol oynayır.

Alimlər dəlilin kifayət qədər tutarlı olduğunu bildirirlər, lakin nəticələrin əlavə təhlilə ehtiyacı var.

Fizik Co İnkandela deyir ki, tədqiqatçılar bütöv yeni bir kəşf dünyasına yol açacaq tapıntının astanasındadır.

“Boson həyati əhəmiyyət kəsb edir. Bu, başqa zərrəciklər imi deyil. Biz kainatın özəyini təşkil edən maddəyə əl uzadırıq. Bu, kaintaın strukturuna olan açardır,” deyə İnkandela bildirib.

Show comments

XS
SM
MD
LG