Accessibility links

Rəy sorğusu: Əksər avropalılar müsəlmanların mühacirətinə qarşı çıxır


Almaniyada sağçı Milli Demokrat Partiyasının üzvləri anti-mühacirət yürüşü keçirir. Riesa, Almaniya. 9 sentyabr, 2015.
Almaniyada sağçı Milli Demokrat Partiyasının üzvləri anti-mühacirət yürüşü keçirir. Riesa, Almaniya. 9 sentyabr, 2015.

Avropalıların əksəriyyəti müsəlman çoxluqlu ölkələrdən mühacirətin əleyhinədir. Bu qənaəti ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq və Afrikada yerləşən 7 ölkədən mühacirətə müvəqqəti qadağa qoymaq haqda sərəncamından sonra keçirilən rəy sorğusu əks etdirir.

Britaniyada qərargahlanan Chatham House araşdırma təşkilatının keçirdiyi rəy sorğusu “müsəlman ölkələrindən qaynaqlanan mühacirətlə bağlı Avropada dərin və geniş ictimai narahatlığın” mövcudluğunu göstərir.

Chatham Haouse müəyyən edib ki, müsəlmanların mühacirətinə qarşı ən kəskin çıxanlar əsasən təqaüd yaşlı avropalılardır.

Avropa İttifaqının 10 ölkəsində rəyi soruşulanların əksər qismi müsəlman çoxluqlu ölkələrdən bütün gələcək mühacirətin dayandırılmasını istəyir.

Chatham House müəyyən edib ki, müsəlmanların mühacirətinə qarşı ən kəskin çıxanlar əsasən təqaüd yaşlı avropalılardır. 30 yaşdan aşağı avropalılarda bu sentiment xeyli zəifdir.

Respondentlərin təhsil səviyyəsi də rəylərdə özünü əks etdirir. Yalnız morta məktəb təhsilli adamlardan 59 faizi müsəlmanların gəlişinə qarşı çıxır, lakin universitet dərəcəli adamların yarısından az kəsimi eyni fikri paylaşır.

Almaniyaya yenicə gəlmiş miqrantlar müvəqqəti sığınacaqda. Hanau, Almaniya 24 sentyabr, 2015.
Almaniyaya yenicə gəlmiş miqrantlar müvəqqəti sığınacaqda. Hanau, Almaniya 24 sentyabr, 2015.

Kənd yerlərində yaşayan insanlar müsəlmanların mühacirətinə qarşı çıxmağa daha meylli olur.

Rəyi soruşulan 10 Aİ ölkəsində 55% müsəlman ölkələrindən bütün mühacirətin dayandırılmasını istəyir, 25% neytraldır, 20% isə əleyhinə çıxır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG