Accessibility links

Hava Yollarına Nəzarət Agentliyi Avropa təxirə salınmış təyyarə uçuşlarının bir hissəsinin həyata keçiriləcəyini bildirib


Agentlk bu gün qitədə 8000-dən 9000-ə qədər uçuşun cədvəl üzrə həyata keçiriləcəyini deyib

Avropanın Hava Yollarına Nəzarət Agentliyinin bildirdyinə görə, İslandiyada vulkan tozunun səbəbi ilə Avropa boyu təxirə salınmış təyyarə uçuşlarının üçdə biri bu gün cədvəl üzrə həyata keçiriləcək. Nəzarət Agentliyi təkcə bu gün qitədə nəzərdə tutulan 28 000 uçuşdan 8000-dən 9000-ə qədər uçuşun cədvəl üzrə həyata keçiriləcəyini bildirib. Avropa Birliyi uçuşların heç olmasa yarısının tez bir zamanda qaydaya düşəcəyinə ümid etdiyini deyir.

Beynəlxalq Hava Yolları Assosiasiyası isə Avropa hökumətlərinin rəhbərliyindən narazılığını bildirib. Qrupun icraçı direktoru Covanni Bisiqnani deyib ki, hökumətlər Avropa səmalarında uçuşların tez bir zamanda bərpası üçün daha çox iş görməli idi. Britaniya, Almaniya, Fransa və Hollandiya hələ ki hava məkanının bu gün də hələ bağlı olduğunu bildirib. İspaniya və Portuqaliya mülki uşuçların fəaliyyətlərinin davam etdirdiyi ölkələr arasındadır.

XS
SM
MD
LG