Accessibility links

Avropanın islamlaşmasının əleyhinə kampaniyalar keçirilir


Avropanın islamlaşmasının əleyhinə kampaniyalar keçirilir

Avropanın islamlaşmasının əleyhinə kampaniyalar keçirilir

Hollandiyada Azadlıq Partiyası kimi bir çoxu anti-islam platforması ilə çıxış etməklə səs toplayıblar

İsveçin cənubundan İtaliyanın şimalınadək mühacirət əleyhinə platforma ilə radikal sağçı siyasətçilər Avropa boyu son seçkilərdə uğur əldə etməkdədirlər. Onların əksəriyyəti Avropanın islamlaşmasının əleyhinə kampaniyalar keçirirlər. Qitə boyu gərginlik artdıqca analitiklər sağçıların üstünlük əldə etməsində iqtisadi böhranı səbəb gətirirlər. Sentyabrda İsveçin radikal sağçıları olan Demokrat partiyası parlamentdə ilk dəfə olaraq yer uddular. Şok dalğaları ölkədən kənarda da his olundu. Avropa ictimai modeli kimi təlqin olunan ölkədə çoxluq əhalinin beş faizdən azını təşkil edən qeyri-Skandinaviyalı mühacirlərə qarşı çevrildi. Demokratların lideri zəfər çaldı. Cimmi Akesson: "Biz məsuliyyəti öz üzərimizə götürməyə hazırırq. Və fərz edirəm ki, başqa partiyalarda öz ölkələri üçün məhsuliyyət daşımağa hazırdırlar. Ona görə ki, indi artıq əsas məsələ budur." Nəticə məlum olandan sonra minlərlə nümayişçi irqçiliyin əleyhinə yürüş aksiyası keçirib. Rikard Slettenqren: "Çox dəhşətli bir vəziyyətdir. Ona görə ki, mən elə bir ölkədə boya-başa çatmışam ki, ətrafımdakı bütün insanlar həmişə çox tolerant olublar. Və ilk dəfədir ki, mən belə bir münasibət müşahidə edirəm." Lakin bu rəydən fərqli olaraq radikal sağçılar, mühacirət əleyhinə olan partiyalar Avropa boyu tərəqqi etməkdə davam edirlər. Hollandiyada Azadlıq Partiyası kimi bir çoxu anti-islam platforması ilə çıxış etməklə səs toplayıblar. Partiyanın rəhbəri Giyert Vilders koalisiya hökumətində xeyli üstünlük əldə edib. Amerikanın Səsi iyun seçkilərindən qabaq onunla söhbət edib. Qiert Vilders: "Mən müsəlmanların əleyhinə deyiləm, lakin düşünürəm ki, İslam totalitar ideologiyadır və bu, bizim azad düşüncəmizə ziddir. Biz burada Hollandiya və Avropanın azadlığı uğrunda mübarizə aparırıq. Və məhz buna görə biz belə bir mövqedən çıxış edirik." Fransa və İtaliyada keçirilən son seçkilərdə də radikal sağçılar üstünlük təşkil ediblər. İyul ayında Fransa müsəlman örtüyünü qadağan edən ilk Avropa ölkəsi oldu. Siyasətçilər bunun Fransa dəyərlərinə zidd olduğunu bildirdilər. Siyasi iqlimə baxmayaraq hər il yüz minlərlə mühacir hələ də Avropa sahillərinə axışırlar. Bir çox mühacir ümid etdikləri kimi qarşılanmadıqlarını görürlər.

XS
SM
MD
LG