Accessibility links

Avropa təcrübəsi: Ölüm cəzası zorakı cinayətlərin qarşısını alırmı?


Avropa təcrübəsi: Ölüm cəzası zorakı cinayətlərin qarşısını alırmı?
Avropa təcrübəsi: Ölüm cəzası zorakı cinayətlərin qarşısını alırmı?

Belarus istisna olmaqla 1997-ci ildən Avropa İttifaqı və Avropa Şurasına üzv ölkələrdə ölüm cəzası icra olunmur. Avropanın təcrübəsi göstərmişdir ki, ölüm cəzası zorakılıq cinayətlərinin artmasının qarşısını almır.

Avropa İttifaqı və Avropa Şurası ölüm cəzasına qarşı olmalarına dair birgə mövqelərini və bunun dünyada ləğv edilməsinə dair öhdəliklərini bir daha təsdiq edir. Bu barədə 10 oktyabr - Avropa və Ümumdünya Ölüm Cəzasına qarşı Mübarizə Günü ilə əlaqədar Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Avropa İttifaqının ali nümayəndəsi Katerin Aşton və Avropa Şurasının baş katibi Torbyörn Yaqlandın birgə bəyanatında deyilir.

“Biz ölüm cəzasının qeyri-insani olduğunu, insan ləyaqətini alçaltdığını hesab edirik. Avropanın təcrübəsi göstərmişdir ki, ölüm cəzası zorakılıq cinayətlərinin artmasının qarşısını almır, bu kimi cinayətlərin qurbanları üçün ədaləti bərpa etmir. Heç bir hüquq sisteminin sığortalanmadığı məhkəmə səhvi nəticəsində hər hansı bir ölüm cəzası insan həyatının bərpa olunmaz itkisi deməkdir”, - sənəddə qeyd edilir.

Avropa İttifaqı və Avropa Şurasına üzv dövlətlərin ərazilərində 1997-ci ildən etibarən ölüm cəzası icra olunmayıb. “Biz Avropada ölüm cəzasının tətbiq olunduğu yeganə ölkə olan Belarusda ölüm cəzasının tətbiq edilməsini pisləməkdə davam edirik. Biz Belarusda ölüm cəzasının tətbiq edilməsinin dondurulmasında və sonradan tamamilə ləğv edilməsində təkid edirik”, - deyə Avropa İttifaqının ali nümayəndəsi Katerin Aşton və Avropa Şurasının baş katibi Torbyörn Yaqland bəyan edib.

Hər iki yüksək vəzifəli rəsmi dünyanın bütün regionlarından olan dövlətlərin geniş koalisiyası tərəfindən dəstəklənən ölüm cəzasının tətbiq edilməsinin dondurulmasına və sonradan tamamilə ləğv edilməsinə qlobal səviyyədə moratoriumun qoyulmasına dair BMT-nin son qətnamələrini alqışlayırıq. “2007, 2008 və 2010-cu illərdə bu məsələ ilə bağlı BMT-nin qətnamələrinə artan dəstək ölüm cəzasına qarşı beynəlxalq tendensiyanın artığını göstərir. Eyni zamanda ölüm cəzasının ləğv olunduğu ölkələrin artan sayını nəzərə alsaq (1993 və 2009 illər arasında bu rəqəm 55-dən 97-dək artıb), biz dünyanın 58 ölkəsində hələ də ölüm cəzasının tətbiq olunduğu faktına etinasızlıq göstərə bilmərik”.

Avropa Şurasına 47 üzv dövlət daxildir ki, onlardan da 27 üzv dövlət Avropa İttifaqına daxildir.

XS
SM
MD
LG