Accessibility links

Mühacir axını İtaliya və Yunanıstanın imkanlarını sınağa çəkir [Video]


Bu il qaçqınların sayının 170 mini ötəcəyi gözlənilir

Afrika, Yaxın Şərq və dünyanın digər ölkələrindəki münaqişə və yoxsulluq səfalətdən qurtulmaq üçün həyatlarını riskə atmağa hazır qaçqınlar yaradır. Avropaya mühacirlər axın edir. Bu il qaçqınların sayının ötən ilin sayını, yəni 170 mini ötəcəyi gözlənilir. Ötən həftə Avropa sahillərinə 10 min qaçqın gəlib. Həyatlarına başqa yerdə davam etməyi ümid edən mühacirlər daha çox İtaliya və Yunanıstana gedirlər. Avropaya məşəqqətli yolu qət edən mühacirlərin dəhşətli hekayələri var.

Biz Yaxın Şərqdə qalsaydıq, ölərdik. İnsan həyatda bir dəfə ölür, biz isə bura gəlmək üçün ölməyi gözə aldıq

Suriyada gedən vətəndaş müharibəsi nəticəsində son dörd il ərzində 200 mindən çox insan həlak olub, onların yarısı mülki vətəndaşdır. Döyüşlər bu 25 yaşlı əkiz qardaşları Suriyanın şimalında yerləşən doğma Hələbi tərk etməyə vadar edib.

“Biz Yaxın Şərqdə qalsaydıq, ölərdik. İnsan həyatda bir dəfə ölür, biz isə bura gəlmək üçün ölməyi gözə aldıq”.

Qardaşlar bu həftənin əvvəli İtaliyanın kiçik Lampedusa adasına gəliblər. Onlar yorğundular, amma sağ. Ötən həftə 400 nəfər səfər əsnasında aclıqdan, susuzluqdan və insanla dolu, zəif təchiz olunmuş gəmilərdə olduqları üçün ölüb.

Amma bu təhlükəli səfərin xərci də az deyil. Suriyalı qardaşlar qaçaqçılara 3 min dollar ödədiklərini deyirlər.

“Onlar bizdən çoxlu pul aldılar, otaqda uzun zaman ərzində bağlı saxladılar və gündə bir az pendir və çörək yedirdilər. Bu işgəncə idi. Bizə hərfi mənada zülm edildi və təhqir olunduq. Hər gün yeni bir insan gəlirdi. Biz onların sayını bilmirdik. Hər dəfə yeni bir silahlı şəxs gəlirdi”.

Bu həftə İtaliya polisi Liviyadan adambaşı 600 dollardan gəmisinə sərinişin alan qambiyalı qaçaqmalçını həbs edib.

Siciliyaya gəldiklərində azı 12 müsəlman həbs olunub. Digər sərnişinlər onların xristian mühacirləri suya atmaqlarında günahlandırıblar.

Xərcə və təhlükəyə baxmayaraq, mühacirlərin sayı hər il artır. Ötən cümədən bəri İtaliyaya gələn mühacirlər İtaliyanın immiqrasiya sistemini çökərdiblər.

“Ötən həftə sonu İtaliyaya gələn 10 min mühacirin arasında 319-u azyaşlı subay mühacirlərdir. Onların həmişəlik İtaliyada qalmaqlarını təmin etmək üçün kifayət qədər struktur mövcud deyil”.

Biz Yaxın Şərqdə qalsaydıq, ölərdik. İnsan həyatda bir dəfə ölür, biz isə bura gəlmək üçün ölməyi gözə aldıq

Yaxın Şərqdən və Afrikadan qaçan mühacirlərin getdikləri digər yer isə Yunanıstandır. Ölkənin yeni solçu höküməti mühacirləri həbsxanalardan azad edir və ölkədə azad şəkildə hərəkət etmələrinə icazə verir. Bu addım bir çox yunanı narahat edir.

“Bu insanlar harda qalacaqlar? Onlar hara gedəcəklər? İstirahət etməəy er hardan tapacaqlar? İşi hardan tapacaqlar? Bizim o qədər daxili problemimiz var ki, biz heç onları həll edə bilmirik”.

Avropa Birliyi rəsmiləri gələn aylar ərzində hava istilənəndə mühacirlərin sayının artacağının ehtimal edirlər.

XS
SM
MD
LG