Accessibility links

Avroviziya-2011 müsabiqəsinin qalibi üzünü 2 milyon dollara sığorta etdirib


Avroviziya-2011 müsabiqəsinin qalibi üzünü 2 milyon dollara sığorta etdirib

Avroviziya-2011 müsabiqəsinin qalibi üzünü 2 milyon dollara sığorta etdirib

Sığorta şirkətinnin mətbuat xidməti bildirib ki, bu, Azərbaycanda aparıcı şou-biznes təmsilçisinin fərdi sığortası üzrə ilk təcrübədir. Nigar xanım Londonda yaşayır. Əqdin məbləği $2 mln-dur.

Avroviziya-2011 müsabiqəsinin qalibi Nigar Camal Atəşgah sığorta şirkəti ilə müqavilə imzalayıb. Mərasim sentyabrın 28-də Ekselsior otelində olub.
Sığorta şirkətinnin mətbuat xidməti bildirib ki, bu, Azərbaycanda aparıcı şou-biznes təmsilçisinin fərdi sığortası üzrə ilk təcrübədir. Nigar xanım Londonda yaşayır. Əqdin məbləği $2 mln-dur. Bu da yerli bazarda ilk dəfə qeydə alınıb. Təkrarsığorta tərəfdaşı "Hannover Life Re"dir.
Atəşgah sığorta şirkəti 1997-ci ildən fəaliyyət göstərir, nizamnamə kapitalı 2,7 mln manatdır. Səhmdarları ARDNŞ (10%), I.S.R.Holding Limited (63%), "RAN-Eksim" MMC-dir (27%).

XS
SM
MD
LG