Accessibility links

Avrozonaya daxil olan ölkələrdə işsizlik artır


Avro məkanına daxil olan 17 ölkədə işsizlik səviyyəsi 11 faizə çatıb. Avropa İttifaqının bildirdiyinə görə, 17 milyondan çox insan işini itirib. baxmayaraq ki, hökumətlərin ölçüləri yeri iş yerlərinin açılmasına xidmət edir. Avropa İttifaqı işsizliyin səviyyəsi mart ayında da 11 faiz təşkil edib. Qurumun nümayəndələri deyib ki, rəqəmlər 1995-ci ildən bəri ən yüksək səviyyəsinə çatdığı aprel ayı ilə eynidir. Analitiklər avrozonada zəif iqtisadiyyatın gələn aylarda işsizlik faizini daha da artıracağını deyərək, bu prosesin 2012-ci ilin sonunadək davam edəcəyini bildirib.

Son vaxtlar İspaniyada işszlik səviyyəsi 24 faizdən yuxarı qalxıb. Yunanıstanda bu rəqəm 22 faiz, Portuqaliyada isə 15 faizdən yuxarı olub. Bunun əksi olaraq iqtiadiyyatı güclü olan Almaniyada işsizliyin səviyyəsi 5.4 faiz, Lüksenburq, Hollandiya və Avstriyada isə daha azdır.

XS
SM
MD
LG