Accessibility links

Avstralia seçkilərində tərəflər bərabər dəstək qazanır


Ümummilli səsvermə başa çatdıqca Avstraliya çoxluqsuz parlament perspektivi ilə üzləşir. Ekzit pol və qismən nəticələr göstərir ki, nə baş nazir Culiya Gillardın Leyborist partiyası, nə də Toni Abbottun rəhbərlik etdiyi Liberal-Millətçi müxalifət koalisiyası əksər səs çoxluğu əldə edə biləcək. Yarışlar 150 yerlik aşağı palatanı və 76 yerlik Senatın yarısını əhatə edir. Səslərin yarıdan çoxu hesablanıb və nəticələr Yaşıllar Partiyasının 11 faiz səs topladığını göstərir. Yaşıllar ənənəvi olaraq leyboristləri dəstəkləyiblər. Son 70 ildə Avstraliyada çoxluqsuz parlament olmayıb. Belə bir hal qanunların qəbul edilməsini çətinləşdirə bilər.

XS
SM
MD
LG