Accessibility links

Güclü qasırğa Avstraliyanın sahillərinə yaxınlaşdıqca ölkənin tropik şimal-şərq ərazilərindən minlərlə insan evakuasiya etməyə başlayıb.

Avstraliyanın Meteorologiya Bürosundan bildirilib ki, Debbi adlı siklon sabah səhərə qədər insanların seyrək məskunlaşdığı Kvinsland ştatının sahillərindən keçəcək.

Tamamilə aydındir ki, insanların ərazini tərk edərək ailə üzvləri və dostlarının evlərinə köçmələri artıq qaçılmazdır.

Kvinsland ştatının rəhbəri Annastasia Palaszçuk bazar ertəsi hava şəraiti pisləşməzdən əvvəl qasırğaya həssas ərazilərdən sakinlərin evakuasiya etmələrinə çağırıb.

“Mən ştatın Fövqəladə Hallar üzrə koordinatoru və polis müvəkkili ilə məsləni müzakirə etmişəm və tamamilə aydındir ki, insanların ərazini tərk edərək ailə üzvləri və dostlarının evlərinə köçmələri artıq qaçılmazdır,” deyə Anastasia bildirib.

Üçüncü kateqoriyalı siklon saatda 165 kilometr sürətlə əsən küləklə Sakit Okean üzərindən keçirək sahilə doğru irəliləyir.

Qasırğanın saatda 260 kilometrə çataraq və dördüncü kateqoriya ilə sahilə daxil olacağı ehtimal edilir.

XS
SM
MD
LG