Accessibility links

Avstraliyada balinanın balası xilas edilib


Avstraliyalı xilasedicilər köpəkbalığı toruna ilişmiş körpə balina balasını suya buraxıblar.

Avstraliya mediası xəbər verir ki, Milli Park və Canlı Təbiət xidmətinin komandası saatlarla vaxt sərf edərək balinanı tordan azad edib.

Xidmətin rəsmisi Deyvid Menzies-Cakson bildirib ki, körpə balinanın anası son ana qədər hadisə yerindən ayrılmayıb.

Balina balası Solcers çimərliyinə yaxın tora düşüb.

Xilasetmə əməliyyatında iştirak etmiş çimərlikdəki mühafizəçilər deyib ki, ana balinanın hadisə yerindən uzaqlaşmaması əməliyyatı daha da çətinləşdirib.

Ətraf-mühitin müdafiəsi təşkilatları köpəkbalığı torlarından istifadəni dəfələrlə tənqid edərək, bunun dəniz heyvanlarına qarşı təhlükə yaratdığını deyirlər.

XS
SM
MD
LG