Accessibility links

Avstraliya dağıdıcı siklonun nəticələrini aradan qaldırmağa çalışır


Avstraliya dağıdıcı siklonun nəticələrini aradan qaldırmağa çalışır

Avstraliya dağıdıcı siklonun nəticələrini aradan qaldırmağa çalışır

Avstraliyanın şimal-şərq sahilləri boyunca fövqəladə hallar rəsmiləri qüdrətli siklonun təsirlərini nəzərdən keçirməklə məşğuldurlar.

Kvinslənd ştatının rəsmiləri deyirlər ki, Yasi siklonunun təsirinə ən çox məruz qalan Kardvell, Talli, Mission Beach şəhərlərinin icmaları olub. Siklonun doğurduğu saatda 300 kilometr sürətlə əsən edən küləklər bu gün erkən çağı həmin ərazilərə çatıb. Kardveldə nəhəng dalğalar qayıqları sahilə yuyub çıxarıb və şəhərin ortası ilə gedən şose yolunu su basıb.

Siklon yüzlərlə evin damlarını açıb aparmış, ağacları qırmış, elektrik xətlərini kəsmişdir. 200,000 sakin işıqsız qalıb. Yasi siklonu habelə Kvinsləndin iqtisadi təməlini təşkil edən şəkər çuğunduru və banan məhsullarını zay edib. Ştat qubernatoru Anna Blay ölən və ya ciddi xəsarət alanların olmadığını deyir.

XS
SM
MD
LG