Accessibility links

Avstraliyada meşə yanğınları ilə mübarizə zamanı iki nəfər həlak olub


Avstraliya rəsmiləri ölkədə vüsət alan meşə yanğınları ilə mübarizə zamanı ikinci adamın da həlak olduğunu bildirib.

Təyyarə Sidney şəhərinin cənubunda, Ulladulla sahil şəhərində alovu söndürmək üçün su tökməyə cəhd edən zaman qəzaya uğrayıb. Hadisə zamanı pilot dünyasını dəyişib. O, təyyarədəki yeganə şəxs olub.

Rəsmilər deyib ki, qəza dağlıq ərazidə baş verdiyindən xilasetmə dəstəsi əraziyə getməkdə çətinlik çəkir.

Digər bir nəfər isə evini 200 evin dağılmasına səbəb olan yanğından xilas etməyə çalışan zaman həlak olub.

Təhqiqatçılar Avstraliya ordusunun ən geniş meşə yanğınını söndürdüyünü açıqlamasından sonra yanğınsöndürənlər Avstraliya hərbçilərinə dəstək nümayiş etdirib.

Yanğınsöndürmə xidmətinin rəhbəri hərbçilərin yanğın törətmək məqsədinin olmadığını deyib. Ötən həftə baş vermiş yanğında heç kim xəsarət almayıb.
XS
SM
MD
LG