Accessibility links

Avstraliya xarici qüvvələrin ölkədən çıxarılmasından sonra Əfqanıstanın təhlükəsizlik qüvvələrinə yardım məqsədi ilə 300 milyon dollar verəcəyinə söz verib. Baş nazir Culiya Gillard bu gün deyib ki, 2015-ci ildən başlayaraq Avstraliya Əfqanıstana hər il 100 milyon dollar ödəyəcək.

2014-cü ilin axırlarında xarici qüvvələrin Əfqanıstanda təhlükəsizliyinə nəzarəti Əfqan Milli Təhlükəsizlik Ordusuna təhvil verərək, ölkəni tərk edəcəyi nəzərdə tutulur. Əfqanıstanda 1500-dən çox əsgəri olan Avstraliya bu ilin mart ayında hərbi qüvvələrini ölkədən 2013-cü ilin ortalarında çıxaracağını bəyan etdi.




XS
SM
MD
LG