Accessibility links

Avstraliyada müxalifət hakim partiyanın qələbəsini etiraf edib


Bu gün Avstraliyanın müxalif İşçi Partiyası 8 gün öncə keçirilən ümummilli seçkilərdəki məğlubiyyətini qəbul edib.

Partiyanın lideri Bill Şorton deyib ki, o, baş nazir Malkolm Törnbull və onun koalisiya hökumətinin hakimiyyəti əldə saxlamaq üçün yetərli yer əldə edəcəyinə əmin idi.

Şorten Törnbullu təbrik etmək üçün ona zəng edib.

Törnbull deyib ki, onun mühafizəkar koalisiyası növbəti 3 il müddətinə hakimiyyətdə qalacaq.

Buna baxmayaraq səslərin hesablanması davam etdiyi bir vaxt hələ də koalisiyanın hökumətdə əksəriyyəti əldə etmək üçün yetərli yer qazanacağı tam təsdiq olunmayıb. Yetərli yer qazanama bilməsə, hakim fraksiya gərək müstəqil və hökumətdə azlıq təşkil edən digər partiya qanunvericiləri ilə müttəfiq olsun.

Əksəriyyəti əldə etmək üçün partiya Nümayəndələr Partiyasında mümkün 150 yerdən 76-na yiyələnsin.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG