Accessibility links

Avstraliyada iki nəfər həbs edilib


Australian Federal Police Deputy Commissioner Michael Phelan speaks to the media that two Sydney men have been arrested by the Joint Counter Terrorism team in Sydney, Australia, Wednesday, Dec. 24, 2014.
Australian Federal Police Deputy Commissioner Michael Phelan speaks to the media that two Sydney men have been arrested by the Joint Counter Terrorism team in Sydney, Australia, Wednesday, Dec. 24, 2014.

Avstraliya rəsmiləri geniş terrorizmlə bağlı istintaqın bir hissəsi olaraq iki şəxsi həbs edib.

Çərşənbə günü 20 yaşlı Süleyman Xalid “terror hücumlarını asanlaşdıran sənədlərə sahib olmaqda” ittiham olunub. Digər adı açıqlanmayan 21 yaşlı gənc isə polisə tabe olmamaqda ittiham olunub.

Bu həbslər sentyabr ayında Sidney və Brisbeyndə keçirilən polis reydləri ilə əlaqələndirilib. Ümumilikdə reydlər zamanı 11 nəfər həbs olunub və terrorla bağlı cinayətlərdə ittiham olunublar.

Avstaliya federal polis rəisi Maykl Felan bildirib ki, Süleyman Xaliddən ələ keçirilən sənədlərdə Sidneydə yerləşən “bəzi dövlət hədəfləri haqda məlumat mövcuddur”, lakin hücumların dəqiq zamanı ilə bağlı heç bir məlumat yoxdur.

“Mən çox detal vermək istəmirəm, amma bu sənədlərdə bizi kifayət qədər narahat edən məlumat var idi, ona görə də biz bu insanı hücumu asanlaşdıran sənədə sahib olmaqda ittiham edirik.”

Felan həmçinin rəsmilərin terrorçuların fəaliyyətinin qarşısını aldıqlarına inanır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG