Accessibility links

Çak Heygel: İŞİD yaraqlılarına qarşı hava hücumları çox effektivdir


ABŞ Müdafiə naziri Çak Heygel deyib ki, İraqın şimalında İslam Dövlətinin yaraqlılarına qarşı üç gün davam edən hava hücumları çox effektiv olub.

Avstraliyaya səfər edən Çak Heygel ABŞ İraq hökumətinin yardıma dair yeni müraciətləri nəzərdən keçirəcəyini bildirib.

ABŞ qüvvələri ekstremist İslam Dövləti adlı qrupun İraq kürdlərinə məxsus yarı-muxtar İrbil şəhərində hücumlar həyata keçirməsinin qarşısını almağa çalışır.

Heygel çıxılmaz vəziyyətdə qalan minlərlə xristian, yezidi və digər dini azlıqlara humanitar yardım etmək üçün Avstraliya, Britaniya və Fransanın ABŞ-la birgə müzakirələr apardığını deyib.

XS
SM
MD
LG