Accessibility links

Avstraliya baş naziri İslam Dövlətinin qlobal ambisiyaları barədə xəbərdarlıq edib


Avstraliya baş naziri Toni Abbott İslam Dövləti qrupunun qlobal ambisiyaları barədə xəbərdarlıq edərək, ekstremist təşkilatın kütləvi axının qarşısını almaq üçün daha çox işlər görülməli oldu\unu bildirib.

Abbott Sidneydə terror təbliğatının yayımının qarşısını almaq məqsədi ilə vahid planın hazırlanmasına həsr edilmiş regional konfransın açılışında çıxış edib.

Baş nazir deyib ki, Avstraliya terrorçu qrupların tərkibində vuruşmağa gedən vətəndaşlarına qarşı daha sərt tədbirlər üçün yollar axtarmalıdır. O, bu aktı xəyanətin müasir forması adlandırıb.

100-dən çox avstraliyalının İslam Dövləti qrupuna qoşulduğu ehtimal edilir. Bu, Avstraliya hökumətini terrorçu qrupa qoşulan və ikili vətəndaşlığı olan şəxslərin vətəndaşlıqdan çıxarmaq kimi sərt tədbirlər görməyə vadar edib.

İkigünlük sammitdə 30 ölkədən nümayəndələr, eləcə də Facebook, Twitter və Google kimi texnoloji korporasiyalarınn təmsilçiləri iştirak edir.

Sosial media minlərlə xarici döyüşçünün İslam xəlifəti qrupunun insanları sıralarına cəlb etməkdə başlıca rol oynayır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG