Accessibility links

Avstraliyada mühafizəkarlar qələbəyə yaxındır


Avstraliyada hakimiyyətdə olan mühafizəkar hökümət qızğın mübarizə şəraitində keçən parlament seçkilərindən sonra gözlənilmədən cüzi fərqlə qələbəyə yaxındır.

Avstraliya Yayım Korporasiyasının analizlərinə əsasən baş nazir Malkolm Törnbulun Liberal Millətçi koalisiyası Nümayəndələr Palatasında 73 yer tutacaq. Hökümətdə üstünlüyə malik olmaq üçün daha 3 yer qazanılmalıdır.

Avstraliya seçkilərində rəqib qüvvələr təqribən bərabər dəstəyə malik olublar.
Avstraliya seçkilərində rəqib qüvvələr təqribən bərabər dəstəyə malik olublar.

Törnbul çərşənbə axşamı Brisbeyni ziyarət edərək bitərəf millət vəkili Bob Katterdən koalisiyanı dəstəkləyəcəyi vədini aldıqdan sonra həmin fərqi bir az da daraldıb.

Katter görüşdən sonra jurnalistlərə bu qərarı “böyük həvəslə” vermədiyini və bu qərarın yalnız Avstraliya xalqının növbəti seçki prosesindən keçməməsi üçün olduğunu deyib.

Mən istədiyim zaman digər istiqaməti seçmək hüququmu saxlayıram
Bob Katter

“Mən istədiyim zaman digər istiqaməti seçmək hüququmu saxlayıram,” Katter əlavə edib.

ABC xəbər agentliyi rəqib Əmək Partiyasının 66 yer, könüllülərin və azlıqda olan partiyaların birlikdə 4 yer qazandığını deyir. Nəticələr çox yaxın olduğundan, qalan 6 yerin sahibi hələ məlum deyil.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG