Accessibility links

Avstraliyada mühacirlərin saxlandığı nəzarət mərkəzində etiraz aksiyası


Avstraliya rəsmiləri bildirib ki, ölkənin nəzarətində olan uzaq adada mühacirlərin saxlandığı nəzarət mərkəzində əslən iranlı mühacirin ölümündən sonra etirazçılar mərkəzdə bir neçə yanğın törədib.

Mühacirət Departamenti Hind Okeanının cənubunda yerləşən Milad adasından bütün gözətçilər və digər işçiləri çıxarıb.

Etiraz aksiyası şənbə günü İran vətəndaşı mərkəzdən qaçdıqdan bir gün sonra onun cəsədinin adanın qayalıq ərazisində tapılması ilə başlayıb.

Təxminən 203 nəfər Milad adasında saxlanılır. Onların əksəriyyəti Avstraliyada sığınacaq tapmaq ümidi ilə kiçik qayıqlarla Yaxın Şərq və Asiyanın müharibə gedən bölgələrindən buraya pənah gətirib.

Bir neçə digər cinayət törətmiş yerli yeni zelandiyalı Avstraliyaya daxil olmaq üçün vizaları ləğv edildikdən sonra deportasiya edilmək üçün adada gözləyir.

Avstraliyanın müxalif siyasətçiləri nəzarət mərkəzindəki vəziyyəti nəzərdən keçirməyə çaığrıb.

XS
SM
MD
LG