Accessibility links

Avstraliyaya məxsus nəzarət mərkəzində etiraz aksiyası dayanıb


Avstraliyaya məxsus adada mühacirlərin saxlanıldığı nəzarət mərkəzində bir iranlının ölümündən sonra baş qaldıran etiraz aksiyası dayanıb.

Etirazçılar Hind Okeanının cənubunda yerləşən Milad adasındakı nəzarət mərkəzində bir neçə yanğın törədərək gözətçilər və mərkəzin işçilərini mərkəzi tərk etməyə vadar etdikdən sona Avstraliya rəsmiləri oraya polis qüvvələri göndərib.

Mühacirət departamentinin rəsmiləri bildirib ki, etirazçılarla razılıq əldə etdikdən sonra polis mərkəzə nəzarəti geri alıb. Lakin department əlavə edib ki, polis barrikadalar quraraq silahdan istifadə etməklə təhdid edən bir qrup etirazçıya qarşı gücdən istifadə etməli olub.

Həyat üçün təhlükə qeydə alınmasa da, beş etirazçı aldığı zədələrdən müalicə olunur.

Etiraz aksiyasına mərkəzdə saxlanılan bir iranlının cəsədinin şənbə günü qayalıq ərazidə aşkar edilməsi səbəb olub. Onun bir gün əvvəl mərkəzdən qaçdığı deyilir.

XS
SM
MD
LG