Accessibility links

Avstraliya lideri seçkilərdə mərkəz-sağ koalisiyanın qorunub saxlanmasına çağırır


Avstraliyalılar şənbə günü keçiriləcək parlament seçkilərinə hazırlaşır. Baş Nazir Malkolm Turnbull bildirib ki, ölkənin onun mərkəz-sağ koalisiya hökumətinin təmin etdiyi stabilliyə ehtiyacı var.

Lakin müxalifətdə olan Əmək Partiyasının lideri Bill Şorten deyib ki, hazırkı baş nazir Britaniyanın baş naziri Deyvid Kameron kimi zəif liderdir.

Biz etimadımızı Avstraliya xalqının müdrikliyinə tapşırırıq. Və biz onlardan öz gələcəkləri naminə səs vermələrini xahiş edirik.

Britaniyanın Avropa İttifaqından ayrılması Avstraliyada böyük narahatlıqlara səbəb olub. Ölkənin siyasi liderləri iqtisadi təhlükəsizliyi seçki kampaniyalarının əsas hissəsinə çevirib.

İqlim dəyişikliyi, mühacirət və təhsil sahələrində problemlərin olmasına baxmayaraq, iqtisadi təhlükəsizlik sahəsində vədlərin seçkilərin nəticələrinə təsir göstərəcəyi düşünülür. Avstraliya 25 ildir iqtisadi böhranı dəf etməyi bacarıb, lakin Çinin təlabatı sayəsində çiçəklənən dəmir və daş kömür sənayesinin perspektivləri sönük görünür.

Avstraliyada səsvermə icbaridir. Lakin Avstraliyanın əhalsinin ölkə boyu dağınıq olması üzündən seçicilərin səs verməsini təmin etmək üçün xüsusi missiyalar təsis olnub.

Antarktikada yerləşən Avstraliya araşdırma mərkəzindən 46 seçici artıq səsvermədə iştirak edib.

XS
SM
MD
LG