Accessibility links

Avstraliyada polisə hücumda İslam Dövləti qrupunun əli olduğu təxmin edilir


Avstraliya polisinin verdiyi məlumata görə bu həftə iki polisə hücum etdikdən sonra öldürülən şübhəli şəxs belə görünür tək hərəkət etməyib.

18 yaşlı Əbdul Numan Heydər sorğu-sual edilmək üçün Melburn şəhərinin polis bölməsinə aparılan zaman polisləri bıçaqladığı zamanı öldürülüb.

Polis Heydəri tanınmış terror şüphəlisi kimi qələmə verib. Bəziləri onun İslam Dövləti qrupundan ilham aldığını və ya onlarla əlaqəsi olduğundan şübhələnir.

Birləşmiş Millətlər təşkilatında çıxışı zamanı Avstraliyanın baş naziri Toni Abbott Heydərin törətdiyi cinayətə görə İslam Dövləti qrupunu günahlandırıb.

Hökumət rəsmiləri 60-a yaxın Avstraliya vətəndaşının İslam Dövləti qrupu sıralarında döyüşdüyünü və 100-ə yaxın insanın Avstraliyadan olan sünni müsəlman qrupu dəstəklədiyini təxmin edirlər.

Avstraliya 600-a yaxın əsgərini və 10 hərbi təyyarəsini ABŞ-ın başçılıq etdiyi koalisiyaya göndərməyə razılıq verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG