Accessibility links

Avstraliyada siqaret qutularının üzərində şirkətin adı yazılmayacaq


Avstraliyanın Ali məhkəməsi siqaretlərin sadə qutularda və şirkətin adı olmadan satılması barədə yeni qanunun ölkə Konstitusiyasını pozmadığına dair qərar çıxarıb.

Bu gün məhkəmə qanuna məhəl qoymayan dörd tütün şirkətinə qarşı iş qaldırıb. Şirkətlər qanunun onların intelektual əmlak hüquqlarını pozduğunu deyir.

Avstraliyanın baş prokuroru, Nikolas Rokson qanunu yüksək qiymətləndirib. Dekabr ayından başlayaraq Avstraliyada siqaretlər eyni qutularda satılacaq. Yaşıl rəngdə qutuların üzərində səhiyyə xəbərdarlığı yazısı olacaq. Hökumət yeni qanunun Avstraliyada siqaret çəkənlərin sayının azalmasına kömək edəcəyinə ümid edir. Statistikaya görə Avstraliyada siqaretlə əlaqədar xəstəliklərdən hər il təxminən 15000 adam ölür.
XS
SM
MD
LG