Accessibility links

Hind okeanında aşkar edilən qırıntıları tapmaq mümkün olmayıb


Kəşfiyyat Hind okeanında aşkar edilən qırıntıları tapmağa nail olmayıb. 2500 kilometrlik ərazidə axtarışa aydın olmayan görüntü mane olub.

Axtarış sabah bərpa ediləcək.

Daha əvvəl Avstraliya rəsmiləri Hind okeanının cənubunda aşkar edilən qırıntıların yoxa çıxmış laynerin hissələri olduğunu ehtimal etdiklərini bildirmişdi.

Baş nazir Toni Abbott parlamentə peyk görüntülərinin iki obyekti qeydə aldığını deyib. O deyib ki, Orion müşahidə təyyarəsi və üç digər təyyarə bu ərazidə axtarışları davam etdirir.

Obyektlərin dəqiq yerinin müəyyən edilməsinin olduqca çətin olacağını deyən cənab Abbott obyektin nə olduğuna dair fikir bildirməkdə ehtiyatlı olmağa çağırıb.

Rəsmilər tapıntını müzakirə etmək üçün paytaxt Kanberrada mətbuat konfransı keçirməyi planlaşdırır.

Avstraliya axtarışların cənub bölgəsini koordinasiya etməyə kömək edir.

Martın 8-də yoxa çıxan təyyarədə 239 adam olub. Təyyarənin axtarışında 26 ölkə iştirak edir.
XS
SM
MD
LG