Accessibility links

Malkom Turnbul Avstraliyanın yeni baş naziri seçilib. O, son iki ildə ölkənin dördüncü lideri olub.

Turnbul Liberal partiyanın gözlənilmədən keçirdiyi seçkidə lider seçilərək, baş nazir Toni Abbotu bu vəzifədə əvəz edəcək.

60 yaşlı sabiq bank işçisi, hüquqşünas və jurnalist olan Turnbul mətbuat konfransında andiçmə mərasimində böyük nikbinlik hissləri keçidiyini bildirib.

Turnbul mühafizəkar Toni Abbatla müqayisədə daha az fikir ayrılıqlarına malik hökumət qurmağa söz verib. Abbot baş nazirin dəyişməsilə keçidin mümkün qədər asan olmasına çalışacağını deyib.

2013-cü ilin sentyabr ayında Avstraliyanın baş naziri seçilmiş Toni Abbotun populyarlığının son aylar azalmağa başlamışdı.Buna əsas səbəb kimi onun iqtisadiyyatın güclənməsinə nail ola bilməməsi və büdcə kəsiri ilə bağlı qeyri-populyar populyar təşəbbüsü göstərilir.

XS
SM
MD
LG