Accessibility links

Avstraliya Ukraynada MH17 təyyarəsinin düşdüyü ərazinin mühafizəsi səylərinə qoşulur


Avstraliyanın Baş naziri Toni Abbot

Avstraliyanın Baş naziri Toni Abbot

Avstraliya Ukrayna üzərində vurulan Malayziya təyyarəsinin düşdüyü ərazini mühafizə etmək üçün Londona 50 polis işçisi göndərib.

Baş nazir Toni Abbot Avstraliya və Niderlandın xarici işlər nazirlərinin BMT-nin səlahiyyətinə malik beynəlxalq mühafizə komandasının Ukraynada separatçıların nəzarətində olan ərazidə yerləşdirilməsini müzakirə etmək üçün Kiyevə səfər edəcəklərini bildirib.

Bu arada, keçən həftə Malayziya təyyarəsinin düşməsi nəticəsində ölən insanların cəsədləri daha iki təyyarədə Ukraynadan Niderlanda gətirilib. Təyyarədə olan bütün 298 sərnişin və ekipaj üzvü həlak olub.

Niderlandda on minlərlə insan hadisə qurbanlarının cəsədləri ilk təyyarədə gətirilərkən onların xatirəsini bir dəqiqəlik sükutla anıb. Ölən insanların 193-ü Niderland vətəndaşıdır.

XS
SM
MD
LG