Accessibility links

Avstraliyada daşqınlar 200000 sakinin həyatına təsir göstərib


Avstraliyada daşqınlar 200000 sakinin həyatına təsir göstərib

Avstraliyada daşqınlar 200000 sakinin həyatına təsir göstərib

Daşqınların miqyası Fransa və Almaniya boyda əraziləri əhatə edir

Avstraliya rəsmiləri şimal-şərqi Kvinzlənd ştatında baş verən daşqınların 200000 sakinin həyatına təsir göstərdiyini bildirir. Daşqınların miqyası Fransa və Almaniya boyda əraziləri əhatə edir. Oktyabr ayında bəri əraziyə 76 santimetrdən çox yağış yağaraq son 60 ildə ən böyük daşqınlara yol açıb. Avstraliya baş naziri Culiya Gillard ən çox dağıntıya məruz qalmış Bundaberq şəhərinə baş çəkib. O, fəlakətin hələ də davam etdiyini nəzərə alaraq federal hökumətdən nə qədər pul tələb olunduğunun bilinmədiyini deyib. Kvinzləndin qubernatoru Anna Blay sel sularının çəkilməsinin ən azı 10 gün vaxt aparacağını bildirib. O, dəyən ziyanın hökumət və sığorta şirkətlərinə milyardlarla dollara başa gələcəyini əlavə edib.

XS
SM
MD
LG