Accessibility links

Avstraliyada seçkilərin nəticələri qeyri-müəyyənlik yaradıb


Avstraliyada baş nazir vəzifəsinə namizəd rəqiblər şənbə günü keçirilmiş nəticəsiz seçkilərin ardınca azlıqlardan ibarət koalisiya qurmağa çalışırlar. Əmək Partiyasından baş nazir Culiya Gillard deyib ki, o, hökumət formalaşdırmaq üçün dörd müstəqil və Yaşıllar partiyasından olan bir millət vəkili ilə ilkin danışıqlar aparıb. Liberal-Millətçi müxalifət partiyasının lideri Toni Abbott da müstəqil millət vəkilləri ilə əlaqə saxladığını deyir. O, bildirib ki, nəticələr xalqın hökumətin dəyişməsini istədiyini göstərir. Şənbə günü səsverməsinin nəticələri göstərir ki, aparıcı partiyalardan heç biri parlamentdə əksər çoxluq əldə edə bilməyiblər. Rəsmilər ölkənin kim tərəfindən idarə olunacağının günlərlə vaxt apara biləcəyini deyir.

XS
SM
MD
LG