Accessibility links

Avstraliyanın Cənub Veyls ştatında müsəlman qadınların üzlərinin örtülməsinə qadağa qoyulub


Avstraliyanın Cənub Veyls ştatında müsəlman qadınların üzlərinin örtülməsinə qadağa qoyulub
Avstraliyanın Cənub Veyls ştatında müsəlman qadınların üzlərinin örtülməsinə qadağa qoyulub

Avstraliyanın əhalisi çox olan ştatında polisə bürgə və ya üzü örtə bilən digər baş örtüklərinin acılmasına göstəriş vermək səlahiyyəti verilib. Bu qanun ölkənin Yeni Cənub Veyls ştatında üzü örtülü bir qadının polisin alkoqol yoxlanışı zamanı onu üzünü açmağa məcbur etdiyinə dair şikayətini rədd etməsindən sonra qüvvəyə minib. Hakim Karnita Metyuya qarşı ittihamı polis işçilərinin qadının üzünü görə bilmədiklərinə görə rədd edib.

Ştatın baş naziri Barri Ofarell bu qanunun polis işçilərinə onlara verilən səlahiyyətləri yerinə yetirmələinə imkan verdiyini deyib. Yerli İslamçı qruplar isə polisin müsəlman qadınlara hörmətlə yanaşdığı təqdirdə bu qanunu dəstəkləyəcəklərini bildirib.

XS
SM
MD
LG