Accessibility links

Avstraliya sığınacaq axtaranların deportasiyası planını nəzərdən keçirir


Baş nazir Culiya Gillard bu planın insanların həyatını xilas etməyə kömək olacağını düşünür

Avstraliya sığınacaq axtaranların təhlükəli dəniz səyahətlərinin qarşısını almaq üçün Sakit Okeanın ada dövlətləri Papua, Yeni Qvineya və Nauruda nəzarət-saxlanma məntəqələrinin fəaliyyətini bərpa etmək istəyir.

Ekspertlərdən ibarət paneli bazar ertəsi qanunvericilərə bildirib ki, insanlarıa rəsmi yollarla sığınacaq almağa imkan vermək üçün Avstraliya həmçinin illik qaçqın kvotasını 20 000 nəfərə qaldırmalıdır.

Avstraliyanın baş naziri Culiya Gillard deyib ki, bu strategiya insanların həyatını xilas etməyə kömək edəcək.

Rəsmilər bildirir ki, bu il 100 ədəd bərə gəmisi Avstraliyaya 7000 nəfərdən çox qaçqın gətirib. 2001-ci ildən bəri bu səyahətə cəhd edən 1000 nəfərə yaxın insan həyatını itirib.

“Amnesty İnternational” təşkilatı sığınacaq axtaranların deportasiya olunması planını tənqid edərək bunu Avstraliyanın qaçqın siyasətinə "ləkə" adlandırıb.
XS
SM
MD
LG