Accessibility links

Avstraliya “Dünyada ən yaxşı iş” adlı müsabiqə elan edib. Müsabiqədə altı qalib seçiləcək və hər kəs altı aylıq fərqli işlə mükafatlandırılacaq. İşlər park gözətçisindən modelyer fotoqrafçısına, təbiət qoruqçusu kimi macəralı işləri əhatə edir. Hər bir altı aylıq işə yaşayış xərcləri daxil olmaqla, 101000 ABŞ dolları məbləğində maaş nəzərdə tutulur.

Müsabiqədəki işlərdən ikisi ən çox diqqəti cəlb edir. İşlərdən biri Avstralyanın Nyu South Vales ştatındakı “əyləncə rəhbəri” vəzifəsidir. Bu vəzifəni icra edəcək şəxs yemək festivalı, idman, mədəniyyət, əyləncə və incəsənət tədbirlərinin təşkilinə kömək edəcək. Həmçinin Sidney limanında hər il keçirilən Yeni il axşamı atəşfəşanlığına başçılıq edən Sidney, Mardi Gras və Vivid festivalarının səhnə arxasında vəzifə alacaq.

Diqqəti cəlb edən ikinci iş isə “Taste Master” vəzifəsidir. Bu işdə işləyəcək müsabiqənin qalibi Avstraliyanın qərbindəki ləzzətli mətbəxi, dünya şəhrətli üzüm bağlarının məhsullarını və təzə meyvə-tərəvəzini dadaraq təqdim edəcək.

Müsabiqə 18 ilə 30 yaş arasında gənclər iştirak edir. Ancaq hər yaşdan, istənilən ölkədən olan hər kəs Facebook və ya təşkilatın veb səyfəsindən (www.australia.com/best-jobs.aspx) bu işlərə müraciat edə bilər. Müraciətlər 2013-cü ilin aprel ayının 9-na kimi qəbul edilir. Qaliblər iyun ayının ortasında məlum olacaq və avqustun 1-də işə başlayacaq.
XS
SM
MD
LG