Accessibility links

Avstriyaya son 24 saat ərzində 11 min miqrant keçib


Macarıstandan Avstriyaya son 24 saat ərzində 11 min miqrant keçib. Baxmayaraq ki, Avstriyanın Daxili İşlər Nazirliyi 7 min miqrantın Nikelsdoft şəhərinə gələcəyini bildirmişdi.

Onların əksəriyyəti Balkanlardan Şərqi Avropa ölkələrinə keçib.

Xorvatiya son 4 gün ərzində 21 qaçqının ölkəyə daxil olduğunu bildirir.

Macarıstan və Xorvatiyanın Daxili İşlər Nazirlikləri bazar ertəsindən bağlı olan Horqos-Rozke sərhəd məntəqəsinin açılmasına qərar verib.

Bu keçid məntəqəsindən minlərlə insan yoxsulluq və müharibələrdən qacaraq Şərqi və Şimali Avropa ölkələrinə üz tutub.

XS
SM
MD
LG