Accessibility links

Avstriyada qatara hücum olub.

60 yaşlı alman hücumçunun əqli xəstəliyə malik olduğu bildirilir. O, Sulz şəhəri yaxınlığında iki nəfərə hücum edirb. Nəticədə 19 yaşlı gənc mədəsi və kürəyindən bıcaqlanıb. 17 yaşlı digər bir gəncin isə boğazı kəsilib.

Polislə qarşıdurmadan sonra hücumçu ələ keçirilib. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Buna bəzər hücum şənbə günü İsveçrədə qeydə alınıb. Hadisə zamanı bir nəfər ölüb, beş nəfər yaralanıb.

İsveçrə

İsveçrə

27 yaşlı isveçrəli kişi qatarın vaqonlarından birinə alovlanan maye tökdükdən sonra yanğın törədib.

Qarşıdurma zamanı onun da yaralandığı və xəstəxanaya yerləşdirildiyi bildirilir.

Polisin bildirdiyinə görə, qatara 100 min dollarlıq ziyan dəyib. Qatar İsveçrənin şimal Buş şəhərindən Senvalda istiqamət almışdı.

Hücumların heç birinin terrorizmlə əlaqəsi olmadığı bildirilir.

XS
SM
MD
LG