Accessibility links

2015-cu ilin payızında beynəlxalq mətbuatda Avstriyada dəmir yolu vağzalında qaçqınları yemək, geyim və oyunlarla qarşılayan könüllülərin şəkilləri yer almışdı.

Ondan təxminən bir il sonra indi həmin vağzal turist və sərnişinləri qarşılayır. Mətbuat isə Avstriya prezidentliyində çat yaradan artan mühacirət əleyhinə siyasi hərəkatı işıqlandırır.

Vyanada səssiz bir parkda 23 yaşlı hollandiyalı fəlsəfə tələbəsi Cessi de Paqter deyir ki, qaçqınlara qarşı yüksək dərəcədə dözümsüzlüyə səbəb öncədən onlara qarşı yüksək dərəcəli şəfqətin olması idi.

Cümə günü Avstriya məhkəməsi qanun pozuntularını nəzərə alaraq may ayında keçirilən prezident seçkisinin nəticələrini ləğv edib. Payızda keçiriləcəyi planlaşdırılan təkrar səsvermənin Avstriyanın Azadlıq Partiyasının namizədi Norbet Hoferə Avropa İttifaqının ilk ultra-sağçı dövlət başçısı olması üçün yeni bir imkan yarada bilər.

Qətiyyətlə Azadlıq Partiyasının əleyhinə səs verən Vyananın mərkəzində oturan 17 yaşlı Henrik Neumayer 16 yaşından bəri seçkilərdə səs verir. Qarşıdan gələn seçkidə kimə səs verəcəyi soruşulanda o, udqunaraq "Heç birindən xoşum gəlmir," deyə cavab verir.

Parkda onun yanında oturan 16 yaşlı Sara Maksim Henrikdən daha əmindir. Onun fikrincə Hofer irqçidir və praktik anti-miqrant siyasəti yürüdən kampaniya aparır. "Məncə, o, seçilmək üçün ikinci fürsət axtarır. Mən ona nifrət edirəm," deyə o bildirdi.

Daha sonra Neumayer nəticələri ləğv edilən seçkilərdə qalib gəlmiş Yaşıllar Partiyanın namizədi 72 yaşlı Aleksandr Van det Bellenlə bağlı "mən onun nə istədiyini başa düşmürəm" deyir. Van der Bellen keçmiş iqtisadiyyat professorudur və geylərin hüquqlarını müdafiə edir. O, ləğv edilən seçkilərdə 1 faiz fərqlə qalib gəlmişdi.

Onun rəqibi 45 yaşlı Hofer isə aviasiya mühəndisidir və çox vaxt ultra-sağçı partiyanın "mehriban siması" adlandırılır və partiya rəhbərliyindən fərqli olaraq qətiyyətli anti-immiqrant siyasətini daha mülayim dillə təsvir edir.

"Məncə, Hofer ölkəmizi birləşdirmək istəyir. Amma fikrimcə o, bunu edə bilməz," deyə Neumayer bildirir.​

Parkın çıxışında əyləşən hollandiyalı De Pagter və onun dostu Vyanada fəlsəfə üzrə təhsil alan 22 yaşlı italyalı Damiano Ranzanigo parkda istirahət edir. Universitet hazırda yay tətilidir.

Onlar seçkidə səs verə bilməsə də, Azadlıq Partiyasının qələbəsinin onların ölkələrinə təsirinin faciəvi ola biləcəyini deyirlər.

"Bu, çox pis bir işarədir, çünki bu, digər ölkələrdəki ritorikanı gücləndirir," deyə De Pagter bildirir. Ötən ay noyabrda Parisdə baş verən hücumlardan sonra Avropa və Birləşmiş Ştatlarda millətçi, xüsusilə də anti-immiqrant siyasi hərəkatlar artmağa başlayıb. De Pagter deyir ki, buna bənzər bir-iki hücum da olsa, "bu hal daha da kəskinləşəcək."

Azadlıq Partiyasının qələbəsi siyasi güc axtaran bu hərəkatları gücləndirə bilər, baxmayaraq ki, Avstriya prezidenliyi simvolik bir vəzifədir.

Bundan əlavə isə gələcək iki il yarım ərzində Avstriyada parlament seçkiləri keçiriləcək və sağ siyasətin uğurunun bu seçkilərə də təsiri ola bilər.

XS
SM
MD
LG