Accessibility links

Avstrya ali məhkəməsi may ayında keçirilmiş prezident seçkilərinin nəticələrini ifrat sağçı partiyanın namizədi Norbert Hoferin etirazı əsasında ləğv edib.

“Azadlıq partiyasının lideri Haynz Kristianın mayın 22-də keçirilmiş seçkilərlə bağlı qaldırdığı iddia qüvvədə saxlanılıb,” deyə Avstrya Konstitusiya Məhkəməsinin baş hakimi Gerard Holzinger bildirib.

Azadlıq partiyası səsvermə ilə bağlı etirazı bildirərək, səs verməyən seçicilərin seçki bületenlərinin sayılması kimi pozuntuları qeyd edib.

Məhkəmə sentyabr və ya oktyabr aylarında da təkrar səsvermənin keçirilməsinə çağırıb. Səsvermə nəticəsində ilk dəfə olaraq Avropa İttifaqı ölkələrindən birinə sağçı partiya liderlik edə bilər.

Azadlıq partiyasının namizədi Hofer Yaşıllar partiyasının namizədi Aleksandr van der Bellenə cəmi 30000 səs fərqi ilə məğlub olmazdan öncə seçkilərin ilk mərhələsində qalib gəlmişdi və seçki sorğularında öndə idi.

Məhkəmənin qərarı ilə Van der Bellenin iyulun 8-də inaqurasiyası planları pozulub. Planlaşdırıldığı kimi hazırkı prezident Haynz Fişer postunu tərk edəcək və onu müvəqqəti olaraq parlamentin 3 üzvü əvəz edəcək. Həmin üzvlərdən biri Hoferdir.

Hoferin də üzvü olduğu Azadlıq partiyası tələblərinin yerinə yetirilmədiyi təqdirdə ciddi dəyişikliklərin edilməsi üçün təzyiq göstərəcəyini və Avropa İttifaqından çıxmaqla bağlı referendum keçirə biləcəyi ilə hədələyib.

XS
SM
MD
LG