Accessibility links

Bu, son iki günün natamam statistikasıdır

Sentyabrın 16-da iki avtomobil qəzasında 5 nəfər ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, sentyabrın 17-də Sumqayıt şəhəri Sülh küçəsində şəhər sakinləri Anar Məmmədovun idarə etdiyi “Wolksvagen-Passat”, Babək Bağırovun idarə etdiyi “Hyundai-Santafe” və Müslüm Məmmədovun idarə etdiyi “AzSamand” markalı avtomaşınlar toqquşub. Nəticədə 4 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Quba rayonu Mirzəmməd kəndinin ərazisində isə Masallı rayon sakini Cəsarət Səmədov idarə etdiyi “AUDİ” markalı avtomaşını aşıb. Nəticədə xəsarət almış sürücü və sərnişini, qardaşı Rasim hadisə yerində ölüb.

Mətbuat xidmətinin məlumatına görə, sentyabrın 16-da respublikanın avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi baş veribş, nəticədə 16 nəfər ölüb, 15 nəfər yaralanıb.
XS
SM
MD
LG