Accessibility links

Bu son iki gündə baş verən qəzaların nəticələridir

Azərbaycanın avtomobil yolları sanki “müharibə meydanı”dır. Elə bil yollarda avtomobillər yox, tanklar hərəkət edir.

Mayın 18 və 19-da avtomobil yollarında 17 yol-nəqliyyat hadisəsi baş verib, 19 nəfər ölüb, 51 nəfər yaralanıb.

Avtomobil qəzalarının baş verdiyi zaman kəsiyini toplayıb ölən və yaralananların sayına böləndə dünyanın ən böyük tank döyüşü - Kursk döyüşündə də belə “fəlakət” yaşanmayıb. Kursk döyüşündə 1200 tank iştirak edib. Amma Azərbaycanın avtomobil yollarında eyni anda 1200 avtomobilin “hərəkət etdiyini” düşünmək belə çətindir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatlarına görə, ölümlə nəticələnən qəzalar əsasən avtomobillərin yoldan çıxması, toqquşması və piyadaların vurulması ilə müşayiət olunub.

Mayın 18-də Quba rayonunun Aşağı Altuc kəndinin RAF markalı mikroavtobusun yolun kənarındakı ağaca çırpılması nəticəsində 5 nəfər ölüb, 6 nəfər yaralanıb.

Mayın 19-da Şamaxı rayonu ərazisində "Land Rover" markalı avtomaşının yolun kənarındakı hasara çırpılması nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Mayın 18-də Bakının Nəsimi rayonu ərazisində "Daewoo" və "Mercedes" markalı avtomaşınların toqquşması zamanı 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Mayın 19-da İmişli rayonunun Rəsullu kəndi ərazisində iki "Mercedes" markalı avtomaşınların toqquşması zamanı 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Mayın 18-də Şəmkir rayonunun Çənlibel kəndi ərazisində “VAZ-2101” və “VAZ-21074” markalı avtomaşınlar toqquşması nəticəsində 4 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
XS
SM
MD
LG