Accessibility links

Avtomobil qəzalarında 20 nəfər ölüb, 60 yaralı var


Avtomobil qəzası

Avtomobil qəzası

Bayram günlərində çoxsaylı avtomobil qəzaları olub

Dekabrın 31-dən yanvarın 3-dək Azərbaycanda avtomobil qəzaları nəticəsində 20 nəfər ölüb, 60 nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatlarına görə, dekabrın 31-də 3 nəfər ölmüş, 17 nəfər yaralanıb, yanvarın 1-də 8 nəfər ölmüş, 15 nəfər yaralanıb, yanvarın 2-də isə 6 nəfər ölüb, 28 nəfər yaralanıb.

Yanvarın 3-də isə Xaçmazda bir avtoqəzada 3 nəfər ölüb.

Yerli medianın məlumatına görə, 2013-cü ildə yol qəzalarında 1160 nəfər ölüb, 3045 nəfər yaralanıb.
XS
SM
MD
LG