Accessibility links

Qəza Gəncə şəhərində baş verib

Azərbaycanın Gəncə şəhərində (Bakıdan 364 kilometr qərb) yol-nəqliyyat qəzası nəticəsində 6 nəfər ölüb.

APA agentliyinin məlumatına görə, hadisə aprelin 5-də Gəncə şəhərində Nizami küçəsi ilə Şah İsmayıl Xətai prospektinin kəsişməsində baş verib.

57 BT 795 dövlət nömrə nişanlı “VAZ-21015” markalı avtomobillə 40 BD 971 dövlət nömrə nişanlı “KamAZ” markalı avtomobil toqquşub. Qəza nəticəsində 6 nəfər dünyasını dəyişib.
XS
SM
MD
LG