Accessibility links

Elm

3D çap avtomobilləri tezliklə küçələrə çıxır [Video]


Bugünkü avtomobillərin istehsalı çoxlu enerji və insan əməyindən asılıdır.

Avtomobil həvəskarları deyir ki, avtomobillərin yaxın gələcəkdə kütləvi istehsalı buna bənzəyəcək.

Con Rogers: "Siz rəqəmsal faylla başlayırsız. Bunu printerə yerləşdirirsiz və printer avtomobilin gövdəsini çap edir."

Strati adlanan bu prototip Arizona Yerli Avtomobilləri tərəfindən istehsal olunub. Prototip Plastikin qranulları karbon fiberlə qarışdırılaraq əridilib və qat-qat preslənərək hazırlanıb.

Proses hələ yavaş gedir, ancaq ucuz başa gəlir. Hazırki istesalla müqayisə etdikdə daha az insan əməyinə ehtiyac var.

Kaliforniyada yerləşən Divergent Microfactor şirkəti bir addım irəli gedib.

Onun istehsal etdiyi “Blade” avtomobilinin gövdəsi çap edilmiş metalların karbon qarışığı olan çubuqlar vasitəsilə birləşdirilərək meydana gəlir.

Kevin Szinger: "3D çap edilmiş metal bunu büsbütün dəyişir. 3D çapa diqqət etsək, bu sadəcə ümumi strukturun çapı demek deyil, çap şəxsi struktur meydana gətirir. 3D çap hər şeyi kökündən dəyişdirir."

3D çap edilmiş avtomobillərin havanı az çirklədən elektrik və ya təbii qaz kimi enerji ilə təchizi karbon tullantılarını azalda bilər. Onlar həmçinin adi avtomobillərdən daha yüngüldür.

Bred Balzer: "3D çap edilmiş gövdənin ağırlığı sadəcə 46 kg-dır və metaldan düzəldilmiş gövdələr kimi eyni sərtliyə və təhlükəsizliyə sahibdir."

İlk prototiplər çox vaxt idman tipli avtomobillərin formasında istehsal edilir.

Bred Balzer: "Biz ən çox avtomobilin estetik tərəfinə diqqət yetiririk. Çünki insanların diqqətini cəlb etmək çox mühümdir. Əsasən də texnologiyadan söhbət gedirsə."

Shelby Cobra kimi 3D çap avtomobillərin bəzisi sadəcə sınaq üçün istehsal olunub. Digər dizaynerlər deyir ki, onlar avtomobillərinin kütləvi istehsalına gələn il başlaya bilər. Onlar ümid edir ki, insanlar plastik gövdəyə sahib avtomobillərin üstünlüklərini anlamağa başladıqca avtomobillərin satışı tədricən artacaq.

XS
SM
MD
LG