Accessibility links

1915-ci ildə istehsal edilmiş Dodge avtomobilinin əsas müştəriləri həkimlər olub. Bu avtomobili digərlərindən fərqləndirən onun kombinasiya edilmiş səssiz zəncirlə çalışan generatoru və starteri idi. Təxminən 1020 kq çəkisi olan Dodge bütün korpusu poladdan düzəldilmiş ilk avtomobildir.
Dodge - 1915-ci il

Dodge - 1915-ci il


35 at gücündə, 4 silindirli, su ilə soyuyan və benzin işlədən bu avtomobil Miçiqan ştatının Detroit şəhərində Dodge Brothers şirkəti tərəfindən istehsal edilib. O zamankı pulla bu avtomobilin qiyməti 785 dollar idi.


1915-ci ilin iyun ayında satışa çıxarılan Chevrolet “490” (dörd-doxsan) dərhal böyük uğur qazanmışdı. Avtomobilin seriya nömrəsi olan “490” onun qiymətinə işarə edirdi. Amma bu uzun çəkmədi. 1921-ci ildə avtomobilin populyarlığı onun qiymətinin artması ilə nəticələndi və onun qiyməti 820 dollara çatdı.
Chevrolet 490 -1915-ci il

Chevrolet 490 -1915-ci il


1921-ci ildə bu avtomobil növünün monitoruna ilk dəfə olaraq sürət göstəricisi yəni spidometr əlavə edildi. Chevrolet avtomobilinin yaradıcısı İsveçrə mənşəli amerikalı Luis Jozef Chevrolet olub.





Rolls-Royce 1932-ci ildə istehsal ediləndə hazırkı limuzinlər kimi düşünülmüşdü. Bu prestijli avtomobili əsasən şəxsi sürücüsü olan müştərilər alırdı.
Rolls Royce -1932

Rolls Royce -1932


Altı silindirli nəhəng mühərrik avtomobilin sürətinin saatda 121 km-ə çatmasına imkan verirdi. Rolls-Royce avtomobilinin o vaxt qiyməti təxminən 2967 dollar idi.






Mercedes Benz-in 1927-ci il buraxılışı isə o dövrdə ən yaxşı sport avtomobili hesab edilirdi. Mercedes Benz o zaman istehsal olunmuş avtomobillər arasında ən ağır və güclü avtomobil idi.
Mercedes-Benz -1927

Mercedes-Benz -1927


220 at gücündə motora malik avtomobilin sürəti saatda 110 km-ə çatırdı. Benzinlə işləyən altı silindirli mühərriki olan avtomobil Daimler-Benz tərəfindən Almaniyanın Ştutqart şəhərində istehsal edilirdi.





Ford Model “A” avtomobili 1931-ci ilədək satışda olub. Avtomobilin mühərriki 4 silindirə malik idi, sürəti isə saatda 105 km-ə çatırdı. “A” modeli Fordun ilk standartlaşdırılmış buraxılışı idi.
Ford Model "A" - 1931

Ford Model "A" - 1931


Ondan əvvəlki Ford avtomobilləri digər markalardan idarəetmə üsuluna görə fərqlənirdi. Ona görə də digər markalı avtomobillərin sürücüləri Ford-un əvvəlki modellərini idarə edə bilməyirdi. Henry Fordun istehsalı olan Ford Model “A” avtomobilinin qiyməti 385 dollar idi.



Ford Motor şirkətinin məhsulu olan Lincoln avtomobilinin 1941-ci il buraxılışı iki şəkildə dizayn edilmişdi; sedan və limuzin. Sedan növünün o vaxt qiyməti 2750, limuzininki isə 2836 dollar idi.
Lincoln-1941

Lincoln-1941


Onların çəkisi də nisbətən fərqli idi. Belə ki, sedan növünün çəkisi 1930 kq., limuzin növünün çəkisi isə 1940 kq. idi. İkinci Dünya Müharibəsindən sonra bu avtomobilin istehsalı bərpa edilməmişdi.





Hispano-Suiza avtomobili İspaniyada istehsalı edilib. Şirkət dəbdəbəli avtomobillər və aviasiya mühərriklərinin istehsalı ilə tanınırdı.
Hispano-Suiza - 1935

Hispano-Suiza - 1935


1936-cı ildə şirkətin Fransadakı filialı avtomobil istehsalını dayandıraraq, təyyarə mühərrikləri istehsalının tam bərpa edilməsinə başlayıb. 1936-cı ildə şirkət su ilə soyuyan yeni V-12 mühərriklərini təqdim etdi; o dövrdə Fransa təyyarə şirkətlərində bu mühərriklərə böyük tələbat var idi.
XS
SM
MD
LG