Accessibility links

Bakı-Sumqayıt yolunda baş vermiş qəzada 3 nəfər ölüb,10 nəfər yaralanıb


Sumqayıt şəhərində ağır yol nəqliyyat hadisəsi

Sumqayıt şəhərində ağır yol nəqliyyat hadisəsi

«Ford Transit» markalı mikroavtobus yolda qoyulmuş maneəyə çırpılıb

Sentyabrın 17-si səhər Bakı-Sumqayıt yolunda (Ceyranbatan su anbarının yaxınlığında) baş vermiş yol qəzasında ölənlərin sayı 3-ə çatıb.10 nəfər yaralanıb.

Respublika Yol Polisinin məlumatına görə, «Ford Transit» markalı mikroavtobus yolda qoyulmuş maneəyə çırpılıb.

***
Sentyabrın 17-də Bakı-Sumqayıt yolunda - Ceyranbatan su anbarının yaxınlığında ağır yol qəzası baş verib.

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, içərisində sərnişinlər olan "Ford" markalı mikroavtobus arxadan vurulan zərbə nəticəsində idarəetməni itirib. Bundan sonra yol kənarındakı maneəyə çırpılıb.

Şahidlər ölənlərin və yaralananlar olduğunu bildirib.

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Arif Yusifov Trend-ə bildirib ki, hadisə nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb.

Ölənlərin hər ikisi gənc oğlandır. Yaralıların vəziyyəti orta ağır və ağır qiymətləndirilib. Yaralılar arasında uşaq yoxdur.

XS
SM
MD
LG