Accessibility links

Bakı-Sumqayıt yolunda qəza baş verib, ölənlər var [Yenilənib]


***

Daxili İşlər Nazirliyi Bakı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətinin verdiyi məlumata görə, martın 9-da saat 08 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Nəticədə mikroavtobusda olan sərnişinlərdən 5 nəfər ölüb, müxtəlif dərəcəli bədən xəsarətləri alan 18 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına, 3 nəfər isə Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Mikroavtobusun sürücüsü Namiq Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri və təxirəsalınmaz istintaq tədbirləri həyata keçirilir.

Martın 9-u Bakı-Sumqayıt avtomobil yolunda ağır yol qəzası baş verib.

"Ford" markalı mikroavtobus yolun kənarındakı dəmir yolayrıcına çırpılıb. Nəticədə ölən və yaralananlar var.

Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən hadisə nəticəsində 5 nəfərin öldüyü təsdiq edilib.

Qəzada 17-ə yaxın şəxsin müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir.

Hadisə yerində hüquq-mühafizə orqanları araşdırma aparır.

Hadisədə yaralananlardan 17 nəfər Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aprılıb, 2-nə yerində yardım göstərilib. Onlardan çoxunun vəziyyəti orta-ağır qiymətləndirilir.

Yaralananlardan 4 nəfəri Klinik Tibbi Mərkəzə aparılıb. Onlardan 1-i xəstəxanada dünyasını dəyişib, 2-nin vəziyyəti ağırdır və reanimasiyadadır.

Bakı-Sumqayıt avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərdən ikisi Sumqayıt Dövlət Universitetinin tələbəsidir.

XS
SM
MD
LG