Accessibility links

Avtomobil səsboğucusundan çıxan tüstü xərçəng xəstəliyinə yol açır

  • Amerikanın səsi

Ümumdünya Səhiyyə Təşkilatı əvvəlki xəbərdarlığı təzələyərək, avtomobil səsboğucusundan çıxan tüstünü siqaret tüstüsü ilə müqaisə edərək, onun xərçəng xəstəliyinə səbəb olduğunu bildirib. Bununla əlaqədar olaraq təşkilat qaz tullantılarına dair normanın məhdudlaşdırılmasına çağırıb.

Xəbərdarlıq beynəlxalq ekspertlərin yeni tədqiqatları bir həftə nəzərdən keçirdikdən sonra səslənib. Tədqiqatlara 12 000 şaxtaçının dizel tüstüsünə uzun müddət məruz qalma faktı da daxildir. Yeni araşdırmalar 1988-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının dizel tüstüsünün xərçəng xəstəliyinə gətirib çıxaracağı fikrini təsdıqləyib.

Bizneslər buna cavab olaraq xüsusilə Şimali Amerika və Avropada aşağı səviyyədə sulfur yanacağı, yeni mühərrik dizaynları və avtomobil səsboğucusuna daha yaxşı nəzarət təklifilə çıxış edib.

XS
SM
MD
LG