Accessibility links

Elm

Yeni texnologiya tıxacları azaldacaq [Video]


Nəqliyyat tıxacları amerikalılara keçən il birbaşa və dolayı olaraq 124 milyard dollara başa gəlib. Bu haqda Forbes jurnalı xəbər verir. Xəbərdə deyilir ki, 2030-cu ilədək bu rəqəm 186 milyard dollara çata bilər.

Lakin Merilend Universitetinin alimləri dəyəri ucuzlaşdıracaq sistem inkişaf etdiriblər. Bu sistem nəqliyyat nəzarətçilərinə, lahiyəçilərə və bizneslərə yaxşı planlaşdırmaq və reaksiya verməyə kömək edir.

Maykl Pak mərkəzin direktorudur.

Maykl Pak: "Magistral yolda hər bir dəqiqədəki tıxac qəza törətmə şansını 3 faiz artırır. Əgər biz ilk reaksiya verəni bir dəqiqə tez hadisə yerindən uzaqlaşdırmağa nail olsaq və qəzanı bir dəqiqə tez təmizləsək, bu, ümumi yubanmaları və tıxacları azaldacaq."

Mərkəz yollardakı sensorlardan, avtomobillərdəki GPS cihazlarından və hətta şəxsi mobil telefonları da daxil olmaqla fərqli mənbələrdən məlumatlar toplayır.

Maykl Pak: "Biz sizə nəzarət edə bilmərik, ancaq sizə yolda 50 avtomobilin olub-olmadiğını və saatda 30km gedib-getmədiyini deyə bilərik."

Təxminən 60 tələbə birgə nəqliyyata, serverlərə softveyrin yaxşılaşdırılmasına, nəqliyyatın rahat hərəkət etməsinə nəzarət edir. Onlardan bəziləri statistik məlumatları vizuallaşdırır və məlumatı ilk qəbul edənin nə baş verdiyini yaxşı anlamasına kömək edir.

Mərkəz əldə etdiyi informasiyanı yanğınsöndürən, polis, nəqliyyat departamenti və Milli Qvardiyaya, universitetlərə və ticari nəqliyyat şirkətləriylə bölüşür. Google mərkəzin məlumatlarını nəqliyyatla əlaqəli öz internet səhvəsi üçün istifadə edir. Həssas olmayan məlumatlar ictimaiyyətlə və nəqliyyatın yaxşı işləməsinə kömək etmək istəyən hər kəslə paylaşılır.

Maykl Pak: "Bizim applikasiya sizə kimə hadisə yerindən uzaqlaşması üçün xəbər verildiyini deyir. Onlara hadisə yerinə hansı müddətdə gediləcəyini, ora çatdıqda, orada nə qədər qaldıqlarını, onların nə etdiyini, hansı xəttin nə qədər vaxt tıxaclı qaldığını bildirir."

Pak deyir ki, əsas hədəf yolda olan avtomobillərin bir-biri ilə təmas qurmalarına kömək edəcək uyğunlaşan, ağıllı yol siqnalları sistemi inkişaf etdirməkdir.

XS
SM
MD
LG