Accessibility links

Bir avtoqəzada 4 nəfər ölüb


Bakı-Şamaxı yolunda avtomobil qəzası
Bakı-Şamaxı yolunda avtomobil qəzası

7 nəfər isə xəsarət alıb

Yanvarın 26-da gecə saatlarında bir avtomobil qəzasında 4 nəfər ölüb, 7 nəfər xəsarət alıb. Bakı-Şamaxı yolunun 26-cı kilometrliyində, Qobustan rayonu ərazisində “Mercedes”, VAZ və “Mitsubishi” markalı minik avtomobilləri toqquşub.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib, həlak olmuş sərnişinləri avtomobildən çıxarıb.

Belə ki, VAZ avtomobilinin sürücüsü Bahadur İbadov, onun qızı Ceyran və nəvəsi Zəhra ölüb. Sürücünün həyat yoldaşı Arifə İbadova və sərnişin Vidadi Novruzov ağır xəsarətlər alıb.

Mercedes markalı avtomobilin sürücüsü Gülşən Bibirova da hadisə yerində ölüb.

Ümumilikdə xəsarət alan 7 nəfər isə xəstəxanalara yerləşdirilib.
XS
SM
MD
LG