Accessibility links

Avtomobil qəzasında 4 nəfər ölüb


Tovuzda avtomobil qəzası (Foto kepeztv.az saytınındır)

Tovuzda avtomobil qəzası (Foto kepeztv.az saytınındır)

İyunun 10-da səhər saatlarında Bakı-Qazax magistralının Tovuz rayonunun Qovlar qəsəbəsi (Bakıdan 424 kilometr qərb) ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

Kepezyv.az saytının məlumatına görə, “Mersedes” markalı avtomobillə “Daevoo” markalı sərnişin avtobusu toqquşub.Nəticədə “Mersedes”də olan bir ailənin 4 üzvü dünyasını dəyişib. Ölənlərdən biri azyaşlıdır. “Daevoo” markalı avobusda isə sərnişinlərdən bir neçəsi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hələlik ölən və yaralıların şəxsiyyəti məlum deyil.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

XS
SM
MD
LG