Accessibility links

Bir avtomobil qəzasında altı nəfər ölüb


Avtomobil qəzası (Foto Azərbaycanın kriminal həyatı Facebook səhifəsindən götürülüb)

Avtomobil qəzası (Foto Azərbaycanın kriminal həyatı Facebook səhifəsindən götürülüb)

Yanvarın 4-də Azərbaycan ərazisində yol qəzaları nəticəsində 9 nəfər ölüb.

Bu gün Bakı-Şamaxı yolunun 105-ci kilomertliyində, Şamaxı rayonunun ərazisində “HOVA” markalı yük avtomobilinin “Mersedes” markalı minik avtomobilinin üzərinə aşması nəticəsində 6 nəfər ölüb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən,

yol-qəza hadisəsi nəticədə hər iki avtomobilin sürücüləri və 4 nəfər sərnişin aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

APA agentliyi isə bildirir ki, bu gün daha iki qəza nətıcəsində 3 nəfər ölüb. Belə ki, Cəlilabad rayonu ərazisində baş verən yol qəzasında iki nəfər, Biləsuvarda isə 1 nəfər ölüb.

XS
SM
MD
LG